19 
Mar
2015
18:33
126
16
2171
Virtual karabakh

Azərbaycanda dərmanların qiymətlərini dövlət tənzimləyəcək

19 Mar, 2015
18:33
2171

Azərbaycanda dərmanların qiymətlərini dövlət tənzimləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı fərman imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Nazirlər Kabinetinə iki ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək, “Dərman vasitələri haqqında” qanununun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 2 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Tarif (qiymət) Şurası isə “Dərman vasitələri haqqında” qanunun 4.5-ci maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini 3 ay müddətində təmin etməlidir. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri