30 
Mar
2015
19:00
12
61
3242
Virtual karabakh

SOCAR–a yardım göstərəcək şirkətin adı açıqlandı

30 Mar, 2015
19:00
3242

SOCAR–a yardım göstərəcək şirkətin adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət məlumat yaydı.

“Fluor” şirkəti SOCAR-ın yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQENKK) tikintisi layihəsinin idarə edilməsi üzrə podratçısı seçilib.

Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.

“PMC xidmətlərinin icra mərkəzi olacaq “Fluor” şirkətinin İngiltərədə yerləşən Farnborough ofisi Kompleksin strukturuna daxil olan Qaz Emalı Zavodunun və Ümumzavod Təsərrüfatı Sisteminin Layihələndirmə, Satınalma, Tikinti (EPC) və Neft Kimyası Zavodunun İlkin Detallı Layihələndirmə (FEED) və Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələlərinin icrasına nəzarəti həyata keçirəcək və həmin layihələrə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a yardım göstərəcək” - deyə, SOCAR-ın məlumatında deyilir.

Xatırladaq ki, Azərbaycan Respublikası hökumətinin qərarına əsasən, ölkədə yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQENKK) tikintisi layihəsi SOCAR tərəfindən həyata keçirilir. Artıq bu məqsədlə müvafiq tədbirlər planı hazırlanıb, tikinti işlərinin aparılması üçün Bakı şəhərindən təqribən 60 km cənubda, Abşeron və Qaradağ rayonlarının sərhədində müvafiq torpaq sahəsi ayrılıb və ərazinin tikintiyə hazırlanması işləri davam etdirilir. Yeni Kompleks iki mərhələdə həyata keçiriləcəkdir.

Məlumat üçün bildirək ki, 2016-2021-ci illəri əhatə edəcək 1-ci mərhələdə illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodu; illik istehsal gücü təqribən 850 min ton olan Neft Kimyası Zavodu (NKZ); Ümumzavod Təsərrüfatı və Enerji Bloku (ÜTEB) inşa ediləcək. 2030-cu illəri əhatə edəcək 2-ci mərhələdə isə ilkin emal gücü ildə təqribən 8,6 milyon ton təşkil edən Neft Emalı Zavodu (NEZ) tikilib istismara veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri