30 
Mar
2015
23:41
138
20
15125
Virtual karabakh

Rusiya, Ukrayna və Gürcüstana qatar biletləri ucuzlaşdı - VİDEO

30 Mar, 2015
23:41
15125

Rusiya, Ukrayna və Gürcüstana qatar biletləri ucuzlaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan Moskvaya kupe vaqonda səyahət artıq 141 manatdır.

Moskva, Xarkov və Tbilisiyə getməyə hazırlaşanlara şad xəbər var. 

Oxu.Az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, 3 şəhərə gedən qatarların biletləri ucuzlaşıb. Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarında gediş haqqı tarifləri aşağı salınıb. Bu yaxinlarda isə bu tendensiya gürcüstana gedən qatarlarda da müşahidə olunacaq.

Əvvəllər 217 manat 31 qəpiyə başa gələn Bakıdan Moskvaya kupe vaqonda səyahət artıq 141 manat 44 qəpikdir.

Bakı-Xarkov sərnişin qatarına da biletlərin qiyməti 176 manat 20 qəpikdən, 114 manat 53 qəpiyə düşüb.

Beynəlxalq sərnişin daşımalarında artım Rusiya, Ukrayna və Gürcüstanda milli valyutanın dəyərinin itirməsinə görə baş vermişdi. Aparılan danışıqlar nəticəsində tariflərin 35 faiz aşağı salınmasına qərar verilib.

Mart ayından etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Hər iki istiqamət üzrə isə tariflərin bərabərləşdirilməsi üzrə razılaşma əldə olunub. SV vaqon üzrə Bakıdan-Tiblisiyə bir nəfər üçün gediş haqqının qiyməti 51 manatdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri