31 
Mar
2015
11:27
63
10
2868
Virtual karabakh

Babək prospektində və Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırıldı – VİDEO

31 Mar, 2015
11:27
2868

Babək prospektində və Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər şey hərəkətin təşkilindən çox asılıdır”.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin müdaxiləsindən sonra bu gün səhər saatlarında istər Babək prospektində, istərsə də Yusif Səfərov küçəsində sıxlıq aradan qaldırılıb.

“Azəryolservis”dən Oxu.Az-a verilən məlumata görə, artıq həmin ərazidə nəqliyyatın fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.

“Yusif Səfərov küçəsinin Babək prospekti ilə kəsişməsində yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələbləri pozulmasa, vəziyyət yaxşılığa doğru dəyişəcək. Deməli, mühəndis yanaşması ilə nəinki həmin ərazidə, digər sıxlıq olan yerlərdə də vəziyyəti tənzimləmək olar. Belə nəticə hasil olur ki, hər şey hərəkətin təşkilindən çox asılıdır”, - deyə məlumatda vurğulanıb.

Məlumatda qeyd olunub ki, “Azəryolservis” yeni tikinti, yenidənqurma işləri ilə yanaşı, yaxın gələcəkdə paytaxt Bakı şəhərində hərəkətin tənzimlənməsi üçün müvafiq addımlar atacaq.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri