31 
Mar
2015
16:10
40
68
9231
Virtual karabakh

Yollarda sürət həddi yenidən qaldırıldı - YENİLƏNİB

31 Mar, 2015
16:10
9231

Yollarda sürət həddi yenidən qaldırıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəryolservis” məlumat yayıb.

Bakıda bəzi yollarda endirilmiş sürət hədləri əvvəlki vəziyyətinə qaytarılıb.

Bunu Oxu.Az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda azaldılmış hərəkət sürətinin həddi əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, bu dəyişiklik Bakıda metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsi səbəbindən edilmişdi. Qeyd edilən yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılmışdı. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilmiş, bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilmişdi.

12.13

Paytaxtın bəzi yollarında sürət həddi azaldılıb. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Oxu.Az-a verdiyi məlumata görə, artıq sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.

Onun sözlərinə görə, Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb.

“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb meteoroloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”,- deyə Pünhan Mürsəliyev vurğuladı.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri