31 
Mar
2015
15:23
0
3
808
Virtual karabakh

“Neft Daşları” yatağındakı meydançada təmir başa çatdırıldı

31 Mar, 2015
15:23
808

“Neft Daşları” yatağındakı meydançada təmir başa çatdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR məlumat yaydı.

“Neft Daşları” yatağında yerləşən 2223 nömrəli estakadayanı meydança və 137 metr uzunluğunda meydançaya giriş estakadası əsaslı təmir edilib.

Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

SOCAR-ın məlumatına görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə “Neftqaztikinti” Tresti tərəfindən aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar yenisi ilə əvəz olunub, 72 ədəd svay vurulub, 36 ədəd rigel, 28 ədəd FTP-10 tipli fəza ferması və 320 ədəd dəmir beton tava quraşdırılıb. Ümumiyyətlə, 1534 kvadratmetr sahəni əhatə edən estakadayanı meydançanın 1000 kvadratmetrə yaxın hissəsi əsaslı təmir edilib.

Qeyd edək ki, 1983-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 2223 nömrəli estakadayanı meydançada 6 istismar quyusundan sutkada 40 tona yaxın neft və 1600 kubmetr qaz hasil olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri