31 
Mar
2015
16:02
6
2
1237
Virtual karabakh

Azərbaycanın daha 4 telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başladı

31 Mar, 2015
16:02
1237

Azərbaycanın daha 4 telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

“Azerspace-1” peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir neçə region kanalı daxil olub.

Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə ölkəmizin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, region kanalları – “Qütb” TV (Quba), “Alternativ” TV (Gəncə), “Türkəl” TV (Tovuz) və “Region” TV artıq  “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunub.

11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V

Məlumat üçün bildirək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır.

Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° Şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri