31 
Mar
2015
16:07
38
10
938
Virtual karabakh

Azərbaycan Belarusla İKT sektorunda əməkdaşlığı genişləndirəcək

31 Mar, 2015
16:07
938

Azərbaycan Belarusla İKT sektorunda əməkdaşlığı genişləndirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

Bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov ilə Azərbaycanda işgüzar səfərdə olan Belarusun rabitə və informasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan və Belarus arasında mövcud olan dostluq əlaqələrindən danışan Ə.Abbasov bu əməkdaşlığın informasiya texnologiyaları sahəsində də inkişaf etməsindən məmnun olduğunu bildirib.

Ə.Abbasov Belarus şirkətlərinin Azərbaycan İKT bazarında sayının artırılmasında maraqlı olduqlarını qonaqların diqqətinə çatdırıb.

Belarusun rabitə və informasiya naziri Sergey Popkov isə öz növbəsində görüşdən məmnun olduğunu, rabitə və yüksək texnologiyalar sahəsində hər iki ölkə arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyindən əminliyini bildirib.

Görüş zamanı İKT sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri