31 
Mar
2015
16:32
7
4
1007
Virtual karabakh

Nazirlik 5 mehmanxanaya dərəcə sertifikatı verdi

31 Mar, 2015
16:32
1007

Nazirlik 5 mehmanxanaya dərəcə sertifikatı verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adlar açıqlandı.

Mədəniyyət və Turizm Nazirliyi mart ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verib.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə nazirlik mehmanxanaların təsnifatını aparır.

Ay ərzində “Sheraton Baku Airport” mehmanxanasına 5, “Teatro Boutique Hotel”, “Lake Palace”, “Atrium” və “Qorqud” mehmanxanalarına isə 4 ulduz verilib.

Qeyd edək ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri