31 
Mar
2015
17:40
8
5
538
Virtual karabakh

Ukrayna Azərbaycanla gömrük sahəsində əməkdaşlıqda maraqlıdır

31 Mar, 2015
17:40
538

Ukrayna Azərbaycanla gömrük sahəsində əməkdaşlıqda maraqlıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsi məlumat yaydı.

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizdə səfərdə olan Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ukrayna Ali Radasının gömrük və vergi məsələləri üzrə komitəsinin sədri Roman Nəsirov ilə görüşüb.

Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.

Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

Öz növbəsində, ukraynalı qonaq iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eləcə də kadr potensialının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, əməliyyat-axtarış fəaliyyəti, “bir pəncərə” prinsipinin tətbiqi sahəsində birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdən sonra Roman Nəsirov Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinin fəaliyyətilə tanış olub. Bildirilib ki, Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri