Apr
2015
14:03
11
114
3968
Virtual karabakh

Azərbaycan dövlət büdcəsində neftin baza qiymətini azaltmağa hazırlaşır

1 Apr, 2015
14:03
3968

Azərbaycan dövlət büdcəsində neftin baza qiymətini azaltmağa hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kəskin devalvasiya gözlənilmir”.

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər hansı ciddi dəyişiklik gözləmir.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

“Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq.

Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır”, - deyə o bildirib.
 
E.Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti “50 dollara hesablanacaq”.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri