Apr
2015
15:49
9
45
2828
Virtual karabakh

“Teymur Əhmədov” saya oturdu

1 Apr, 2015
15:49
2828

“Teymur Əhmədov” saya oturdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzaya düşmüş gəmiyə doğru teploxod göndərilib.

Azərbaycan bayrağı altında üzən “Teymur Əhmədov” teploxodu (yükü – 3 011 ton buğda) martın 31-də Volqa-Xəzər dənizi kanalı istiqamətində hərəkət edərkən saya oturub. 

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki,  Rusiyanın Nəqliyyat Nazirliyinin Dövlət Dəniz Xilasetmə-Koordinasiya mərkəzinin məlumatına əsasən, qəzaya düşmüş gəmiyə doğru “Pyotr Bokanev” teploxodu göndərilib. 

Məlumata əsasən, “Teymur Əhmədov” teploxodunun saya oturmasına səbəb sualtı maneədir. Olya portunun kapitanının göstərişinə əsasən, ərazidə gəmilərin hərəkəti dayandırılıb. Bu gün əraziyə dalğıcların baxış keçirəcəyi planlaşdırılır. 

Həmin ərazidən 7 gəmi çıxışa, 3-ü isə daxil olmağa hazırlaşırdı. 

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri