14 
Apr
2015
18:42
69
35
4463
Virtual karabakh

Bakıda sürücü dövlətə 11 min manatlıq ziyan vurdu – FOTO + VİDEO

14 Apr, 2015
18:42
4463

Bakıda sürücü dövlətə 11 min manatlıq ziyan vurdu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

120 paqon/metr əyrixətli tir və 1 ədəd işıq dirəyi yararsız hala düşüb.

Bu gün səhər saatlarında Bakı - Qazax - Gürcüstan sərhədi avtomobil yolunun 16-cı kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev Oxu.Az-a bildirib ki, Bakı istiqamətində hərəkət edən “İveco” markalı yük maşını idarəetməni itirərək, yolun hərəkət hissələrini ayıran əyrixətli tirə çırpılıb. 

Bunun nəticəsində 120 paqon/metr əyrixətli tir və 1 ədəd işıq dirəyi yararsız hala düşüb.

Bununla yanaşı, yolun bir neçə yüz metrlik hissəsinə avtomobildən yağ axıb.

Yoldakı sürüşkənliyi aradan qaldırmaq üçün “Azəryolservis”in işçi briqadası yolun hərəkət hissəsinə qum səpib.

Hadisə nəticəsində yol təsərrüfatına 11 manatlıq ziyan dəyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri