14 
Apr
2015
18:00
59
21
2161
Virtual karabakh

Bakının daha bir küçəsində təmir işlərinə başlanılıb - FOTO + VİDEO

14 Apr, 2015
18:00
2161

Bakının daha bir küçəsində təmir işlərinə başlanılıb - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəryolservis” ASC məlumat yaydı.

Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində təmir işlərinə başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəisi Pünhan Mürsəliyev məlumat verib.
 
P.Mürsəliyevin sözlərinə görə, bu küçənin əhəmiyyətliliyi nəzərə alınaraq əsas prospektləri birləşdirdiyi üçün bu küçədə təmir işlərinə başlanılıb.
 
“Sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edilən küçədə drenaj sistemi olmadığı üçün yağış suları yol örtüyünün səthində yığılırdı. Bu da yol örtüyünün deformasiyasına və dağılmasına səbəb olub. Bu gündən etibarən həmin yolda təmir işlərinə start verilib”, - deyə qurum rəsmisi bildirib.
 
P.Mürsəliyev əlavə edib ki, iki gediş, iki gəlişdən ibarət olacaq küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri