24 
Apr
2015
18:00
4
1
437
Virtual karabakh

TASİM layihəsi beynəlxalq arenada

24 Apr, 2015
18:00
437

TASİM layihəsi beynəlxalq arenada

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Layihəmiz artıq birinci mərhələni adlayıb”.

Mayın 25-29-da Cenevrədə BTİ-nin “İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti” baş tutacaq.

Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
 
Bildirilir ki, sammitdə dünya dövlətlərinin informasiya-kommunikasiya texnologiyaları, internet infrastrukturu və informasiyalı cəmiyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışılacaq. Bu tədbirdə  Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.

Sammitdə hər bir dövlətə həyata keçirdiyi regional və beynəlxalq layihələrin təqdimatını keçirmək üçün panellər ayrılacaq. Bu panellərdə Azərbaycanın reallaşdırmaqda olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi bir daha beynəlxalq arenadan dünya ictimaiyyətinə təqdim olunacaq.
 
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ilin ən yaxşı layihələri seçiləcək (The World Summit on the Information Society - 2015 (WSIS)).
 
Azərbaycan bu müsabiqəyə TASİM layihəsini təqdim edib.
 
“Layihəmiz artıq birinci mərhələni adlayıb. İkinci mərhələ isə onlayn formada səsvermə yolu ilə keçiriləcək”-deyə, nazirliyin məlumatında deyilir.

Bundan başqa, mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyi ilə bağlı yubiley tədbirində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edəcək.
 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri