24 
Apr
2015
18:02
8
4
972
Virtual karabakh

Bakının bu yolları açılır

24 Apr, 2015
18:02
972

Bakının bu yolları açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həsən Əliyev küçəsi ələ kəsişməsində mövcud olan dairə yenilənib.

Paytaxtda təmirdən sonra daha iki küçə sürücülərin ixtiyarına verilir. 

Oxu.Az Nəqliyyat Nazirliynin “Azəryolservis” ASC-nin saytına istinadən xəbər verir ki, Ceyhun Hacıbəyli və Şəmsi Rəhimov küçələrində artıq son tamamlanma işləri həyata keçirilir.

Ceyhun Hacıbəyli küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni  yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. 

Bundan əlavə küşənin Həsən Əliyev küçəsi ələ kəsişməsində mövcud olan dairə yenilənib.

Şəmsi Rəhimov küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində də köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni  yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.

Bu gün hər iki küçədə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlər bitəndən sonra küçələr tam olaraq sürücülərin ixtiyarına veriləcək.
 
E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri