25 
Apr
2015
10:20
46
86
23092
Virtual karabakh

“Bakı Metropoliteni” Mercedes Benz satır

25 Apr, 2015
10:20
23092

“Bakı Metropoliteni” Mercedes Benz satır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25% endirimlə.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 26-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu dəfəki hərracda “Bakı Metropoliteni” QSC, Cəlilabad rayonu 31 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin və Azərbaycan Respublikası Prezidentininin Xüsusi Tibbi Xidmətinin balansında olan nəqliyyat vasitələri yer alıb.

Belə ki, “Bakı Metropoliteni” QSC-nin balansına məxsus 2004-cü il istehsalı olan QAZ-31105-120 start qiyməti 2171 manata, 2006-cı il istehsalı olan Mercedes Benz S 350 başlanğıc qiyməti 15 488 manata, 2002-ci il istehsalı olan QAZ-3110-101 start qiyməti 1307 manata, 1993-cü il istehsalı olan Mercedes Benz E 320 5667(başlanğıc qiyməti) manata satılır.

Bundan başqa, hərracda “Bakı Metropoliteni” balansına məxsus müxtəlif dövlət nömrə nişanlı 2 ədəd QAZ-3110-121 markalı avtomobil (start qiymətləri 1692 və 921manat) də yer alır.

Ümumilikdə, “Bakı Metropoliteni” balansına məxsus 11 ədəd avtomobil satışa çıxarılıb.

Bundan əlavə hərracda, Cəlilabad rayonu 31 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin balansına məxsus 13 ədəd avtomobil, və Azərbaycan Respublikası Prezidentininin Xüsusi Tibbi Xidmətinin balansına məxsus 2 ədəd müxtəlif dövlət nişanlı, 2005-ci il istehsalı olan QAZ-31105-120 start qiyməti 1088, 1094 manat olmaqla satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, “Baki Metpropoliteni” QSC–nin balansında olan nəqliyyat vasitələri 4 cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin balansında olan nəqliyyat vasitələri 4 cü dəfə 25 % endirimlə təkrar hərraca çıxarılır. Cəlilabad rayonu 31 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin balansında olan nəqliyyat vasitələri 3 cü dəfə 10 % endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
 
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
 
2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri