25 
Apr
2015
10:59
11
46
1361
Virtual karabakh

“Teymur Əhmədov” səfərini davam etdirir

25 Apr, 2015
10:59
1361

“Teymur Əhmədov” səfərini davam etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AXDG məlumat yaydı.

Aprelin 24-də AXDG-nin “Teymur Əhmədov” gəmisi Xəzər dənizinə çıxaraq təyinat limanına istiqamət götürüb.

Bu barədə Oxu.Az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (AXDG) məlumat verilib.

Qeyd edək ki, martın 31-də “Teymur Əhmədov” teploxodu Həştərxan limanından çıxdıqdan sonra, Volqa-Xəzər kanalının 138.5-ci kilometrində Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması xidmətinin gəmidəki bələdçilərinin göstərişləri ilə hərəkət edən zaman saya oturmuşdu.

Gəminin saya oturmasına səbəb güclü şərq küləyinin təsiri altında suyun çəkilməsi və kanalın qumla dolması olub.

Bundan əlavə, adıçəkilən xidmətin gəmiyə verdiyi keçid dərinlikləri faktiki dərinliklərə uyğun olmayıb.

"Heç bir zədə almayan gəmi saydan çıxarıldıqdan sonra Volqa-Xəzər kanalının 137.7 kilometrində lövbərə dayanaraq digər gəmilər kimi, kanalın dərinləşdirilməsini gözləyirdi. Kanal dərinləşdirildikdən sonra isə “Teymur Əhmədov” səfərini davam etdirir" - deyə, məlumatda deyilir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri