25 
Apr
2015
12:42
109
17
8865
Virtual karabakh

“20 Yanvar” dairəsində tıxaclara son – FOTO

25 Apr, 2015
12:42
8865

“20 Yanvar” dairəsində tıxaclara son – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlavə tədbirlər görülüb”.

“20 Yanvar” dairəsində tıxacların aradan qaldırılması, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görülüb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC –dən Oxu.Az-a verilən məlumata görə, əvvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə gözləyərək hərəkətlərini davam etdirirdilər. 

“Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Belə ki, “Şamaxinka” adlanan ərazidən “20 Yanvar”  dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər. Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq”, - deyə məlumatda bildirilib.

Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.

Bundan əlavə, “Azəryolservis” tərəfindən “20 Yanvar” dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə girişdə yolun hərəkət hissələri genişləndirilib, yolun kənarlarına səki daşları qoyulub. “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti və “3-cü  mikrorayon” dairəsinə doğru yan yollarda da hərəkət hissə genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri