26 
Apr
2015
16:40
183
20
4423
Virtual karabakh

Azərbaycanın hər yerində 4G olacaq

26 Apr, 2015
16:40
4423

Azərbaycanın hər yerində 4G olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər bir vətəndaşın internetə maneəsiz və keyfiyyətli daxil olmasını təmin ediləcək.

2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri LTE (Long Term Evolution) texnologiyası üzrə internetə mobil genişzolaqlı girişlə əhatə olunacaq. 

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorları qarşısında belə bir şərt qoyub.

Hazırda LTE bazasında kommersiya xidmətini “Azercell” şirkəti göstərir.

Mənbə qeyd edib ki, digər iki operatorun LTE şəbəkələri Bakı və digər iri şəhərlərdə test rejimində işə salınıb: “Yaxın iki ildə onların qarşısında ucqar ərazilər də daxil olmaqla, ölkənin bütün yaşayış məntəqələrini 4-cü nəsil şəbəkə ilə əhatəni təmin etmək tapşırığı qoyulub”.

Onun sözlərinə əsasən, əsas məqsəd hər bir vətəndaşın internetə maneəsiz və keyfiyyətli daxil olmasını təmin etməkdir ki, bu da elektron xidmətlərə girişi sadələşdirəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri