26 
Apr
2015
18:58
27
52
3309
Virtual karabakh

Diqqət: Bu yolda hərəkət məhdudlaşdırılır

26 Apr, 2015
18:58
3309

Diqqət: Bu yolda hərəkət məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təmir işləri aparılacaq.

Əsaslı təmir işləri ilə əlaqədar daha bir küçədə hərəkət məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri həyata keçirir. 

Həyata keçiriləcək daha bir kompleks tədbirlər ilə əlaqədar Yasamal rayonu Müzəffər Həsənov küçəsinin bir hissəsində bu gecədən etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Hələlik işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan ərazidə aparılacaq. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin göstərilən ərazidə həyata keçirəcəyi kompleks tədbirlər nəticəsində yolun müəyyən hissələrində genişləndirilmə işləri aparılacaq. 

Köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq yenisi ilə əvəz olunacaq. Bundan başqa yol boyu səki daşları düzələcək, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulacaq, yeni yağış barmaqlıqları yerləşdiriləcək , kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək. Sadalanan işlər bitdikdən sonra yolda nişanlanma xətlərinin çəkilməsi və zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
 
Müzəffər Həsənov küçəsində işlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər ediləcək. Əsaslı təmir-bərpa işləri ilə əlaqədar sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. İşlər tam olaraq başa çatdıqdan sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri