14 
May
2015
11:50
18
72
2858
Virtual karabakh

Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

14 May, 2015
11:50
2858

Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oyunlar zolağı” çəkilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

ASC-dən Oxu.Az-a verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Xətai rayonu Yusif Səfərov küçəsində növbəli şəkildə hər iki istiqamət olmaqla yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə tam məhdudlaşdırılacaq.

Bundan başqa, bu gün Bibiheybət məscidinin yanından “Bayraq meydanı”na qədər olan avtomobil yolunda “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.

İşarələnmə işləri saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Azəryolservis” I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın  işarələnməsi işlərinə aprelin 27-dən start verib. Artıq Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Ələt-Astara magistralının “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı” çəkilib. Eni 3,75 metr olan  “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin  şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

“Azəryolservis” müvəqqəti narahatçılığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri