22 
May
2015
10:15
11
47
2286
Virtual karabakh

Bu gün 3 rayonda qaz olmayacaq

22 May, 2015
10:15
2286

Bu gün 3 rayonda qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İB məlumat yaydı.

Bu gün Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Qurumum məlumatına görə, bu gün 10:00-dan 13:00-dək Binəqədi rayonunun 8-ci mikrorayon, Nərimanov rayonunun Ayna Sultanova küçəsindən Gənclik metro stansiyasına qədər olan ərazisinə, saat 10:00-dan 18:00-dək isə Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, məhdudiyyətin yaranmasına səbəb diametri 530 mm-lik polad borunun istismara yararsız olması səbəbindən, polietilen boru ilə əvəzlənməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

Ülviyyə R. Əli
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri