22 
May
2015
10:00
50
15
7341
Virtual karabakh

Mari Vanna Bakı: Masalar bəzənib, qapılar açılıb!

22 May, 2015
10:00
7341

Mari Vanna Bakı: Masalar bəzənib, qapılar açılıb!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Burada hər kəs doğma hissləri keçirir, gözə xatirələr, duyğular yada düşür.

Ginza project-in ən uğurlu layihələrindən biri olan, Nyu-York, Vaşinqton, Los-Anceles, London, Moskva və Sankt-Peterburqda məşhur olan “Mari Vanna” restoranı indi Bakıda!

Bütün restoranların konsepsiyası eynidir, bu restoran daha çox ötən əsrin sonunun mənzillərinə bənzəyən və qonaqlar üçün qapısı açıq olan rahat və qonaqpərvər, bir evə bənzəyir. Bu evdə hamını ən dadlı və ləziz ev yeməklərinə qonaq edirlər. Lakin hər bir şəhərdə Mari Vanna fərqlidir. Belə ki, Moskvada o daha çox sovet dövründə yaşayan ziyalıların mənzilini xatırladır, lakin Sankt-Peterburqda onun interyeri bir qədər sadədir.

Nyu-Yorkda “Mari Vanna”, Peterburqda inqlaba qədər olan şəraiti əks etdirmək istəyən qabaqcıl emiqrantların evinə bənzəyir.

Londonda interyer maksimal olaraq londonluların Rusiya haqqında təsəvvürlərinə yaxındır və bunun üçün onun restoranlar arasında ən yaxşı interyer üçün mükafat qazanması da təsadüfi deyil.

Bakıda isə qonaqları əsas restorandan başqa gözəl “bağ evi” gözləyir, axı təmiz havada çay içmək bizim adət-ənənəmizdir. Restoran dənizə yaxın olduğundan dəniz havasını alaraq çay içməyin xüsusi ləzzəti var.

Burada hər kəs doğma hissləri keçirir, gözə xatirələr, duyğular yada düşür. Ola bilər ki, “Mari Vanna”da sözün əsl mənasında dünyanın hər bir yerinin bir hissəsi vardır. Çünki mebel, tekstil və interyerin hər bir hissəsi dünyanın müxtəlif yerlərindən gətirilmişdir! Nəticədə restoranın qonaqları “Mari Vanna” üslubunu özlərinə yaxın bilirlər.

Təbii ki, insanların yeməyə olan meylləri də nəzərə alınmışdır: xaricdə “Mari Vanna”da rus mətbəxindən başqa digər “qardaş sovet ölkə”lərinin mətbəxlərindən də yeməklər hazırlanır. Yeməklərin porsiyaları elə dəqiq bölünmüşdür ki, buradan yalnız yeyib-doymuş vəziyyətdə çıxmaq olar, sanki sevimli nənənizin qonağı idiniz.

Bütün “Mari Vanna”larda xüsusi sirrlər var: məsələn, qiymətli açar sirri. Hər şəhərdə onun rolu və onu əldə etmək imkanı fərqlidir. Bunun üçün buraya gələn hər bir insan özünü həm evindəki kimi və ən şərəfli qonaq kimi hiss edir. Çünki ən əsas – restoranın mühitidir. Burada isə mühit öz sözünü deyir.

Bütün dünyada “Mari Vanna” abu-havasını özünə yaxın bilənlər sırasında Ceyk Jillenhol, Liza Boyarskaya, İrina Şeyk, Konstantin Xabenskiy, Siena Miller, Natalya Vodyanova, Mariya Şarapova, Valeriya, Andrey Makareviç, Timur Bekmambetov, Tim Barton, Lyusi Liu, Olga Kurilenko, Nino Katamadze, Sting, Sara Jessica Parker, Mikki Rurk, Elayji Vud.

Bütün bu məşhurları rus mətbəxinə və xüsusilə də Mari Vannaya olan sevgi birləşdirir. Biz hələ dünya üzrə iri dövlətlərin şahzadə və prezidentlərini demirik. Şahzadə Vilyam Londonda, Klinton isə Nyu-Yorkun “Mari Vanna”sında öz doğum günlərini qeyd ediblər. Bu cür şəxsiyyətlərin burada doğum günlərini qeyd etmələri bir çox şeydən xəbər verir.

İndi isə ən əsas xəbər “Mari Vanna Bakı” öz açılışını elan edir. Gəlin qonağımız olun və restoranımız başqa sirrlərini kəşf edin! Gəlin, ləziz yeməklərimizdən dadın, rahat və səliqəli ev şəraiti atmosferindən həzz alın!

“Mari Vanna”nın xəbərlərini Facebook sosial şəbəkə səhifəsində izləyin!

https://www.facebook.com/MariVannaBaku

Vaxtınızı səmərəli, maraqlı və qeyri-adi keçirmək istəyirsinizsə, yolunuzu gözləyirik!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri