22 
May
2015
12:37
11
70
4978
Virtual karabakh

Dövlət qulluqçularının sayı və maaşı açıqlandı

22 May, 2015
12:37
4978

Dövlət qulluqçularının sayı və maaşı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsi məlumat yaydı.

2015-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 28,5 %-ni qadınlar təşkil edib. Dövlət qulluqçularının 3,8 %-i inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,5 %-i 4-7-ci təsnifatları üzrə və 19,7 %-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət qulluqçularının 8,7 %-i 1 ilə qədər, 26,9 %-i 1 ildən 5 ilə qədər, 22,0 %-i 5 ildən 10 ilə qədər, 16 %-i 10 ildən 15 ilə qədər, 26,4 %-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur:

30 yaşa qədər olanlar 16,7 %, 30-34 yaşda 14,5 %, 35-44 yaşda 22,3 %, 45-54 yaşda 25,8 %, 55-62 yaşda 16,9 %, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,8 %-ni təşkil edib.

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 %-ni yerli icra başçısının müavinləri, 14,9 %-i şöbə müdirləri, 10,7 %-i şöbə müdirinin müavinləri, 8,5 %-ni  sektor müdirləri, 26,5 %-ni  baş məsləhətçilər, 4,7 %-ni böyük məsləhətçilər, 12,7 %-ni aparıcı məsləhətçilər və 20,7 %-ni  məsləhətçilər təşkil edib.

Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 % komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri