22 
May
2015
12:44
144
30
4112
Virtual karabakh

Dövlət yanan bina sakinlərinin telefon, internet, kanalizasiya borclarını sildi

22 May, 2015
12:44
4112

Dövlət yanan bina sakinlərinin telefon, internet, kanalizasiya borclarını sildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi orqanlar məlumat yaydı.

Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi qərar qəbul edilib.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.

“Nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək.

Eyni zamanda yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək”, - deyə, nazirliyin rəsmisi bildirib.

Bundan başqa, “Azərsu” bəyan edib ki, zərərçəkənlərin harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri