22 
May
2015
15:42
79
7
1039
Virtual karabakh

Azərbaycan Gürcüstanın 2-ci əsas xarici ticarət tərəfdaşıdır

22 May, 2015
15:42
1039

Azərbaycan Gürcüstanın 2-ci əsas xarici ticarət tərəfdaşıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Milli Statistika Komitəsi məlumat yaydı.

2015-ci ilin  ilk 4 ayı ərzində Gürcüstanın əsas xarici ticarət tərəfdaşları Türkiyə, Azərbaycan və Çin Xalq Respublikası olub.

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Komitəsinin 2015-ci ilin yanvar-aprel ayları üzrə hesabatında deyilir.

Komitənin məlumatına görə, Türkiyə Gürcüstanın birinci xarici tərəfdaşıdır, ikinci yeri isə Azərbaycan tutur:

“Müvafiq dövrdə Azərbaycana 89 milyon 620.3 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ümumi ixracın 13 %-ni təşkil edir”.

“Azərbaycandan Gürcüstana  ixracın həcmi isə 199  milyon 976.6  min dollar dəyərində qeydə alınıb, bu da ümumi idxalın 8.6 %-i deməkdir”-deyə, hesabatda vurğulanır.

Ümumilikdə Azərbaycanla, ixracın və idxalın ümumi həcmi 290 milyon dollar olub.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri