22 
May
2015
14:46
8
36
1772
Virtual karabakh

Maliyyə Monitorinqi Xidməti daha bir nəfəri “qara siyahı”dan çıxartdı

22 May, 2015
14:46
1772

Maliyyə Monitorinqi Xidməti daha bir nəfəri “qara siyahı”dan çıxartdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həmin şəxsin adı açıqlandı.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin mayın 18-də qəbul edilmiş qərarlarına uyğun olaraq mayın 21-də ümumi siyahını yeniləyib.

Xidmətdən Oxu.Az-a verilən məlumata görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, 1 nəfərin adı siyahıdan çıxarılıb. Həmin şəxsin adı Abdul Rahim al-Talhidir.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmiş, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri