24 
May
2015
12:24
154
43
7769
Virtual karabakh

Azərbaycan və Rusiya arasında mühüm saziş təsdiq edilib

24 May, 2015
12:24
7769

Azərbaycan və Rusiya arasında mühüm saziş təsdiq edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident fərman imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev Mərkəz Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
 
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanmış saziş təsdiq edilib.
 
Həmçinin Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilmək tapşırlıb.
 
Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası hökumətinə bildiriş göndərəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri