24 
May
2015
16:29
21
164
2340
Virtual karabakh

SOCAR-ın 500 milyon dollarlıq Çin planı

24 May, 2015
16:29
2340

SOCAR-ın 500 milyon dollarlıq Çin planı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Fondu Çində daşınmaz əmlaka sərmayə qoymağı planlaşdırır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin iyununda Çin yuanında olan istiqrazlara 500 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib. Onun sözlərinə əsasən, Çinin Mərkəzi Bankı ilə müvafiq müqavilə imzalanıb.

Ş.Mövsümov bildirib ki, bizim Çinin Mərkəzi Bankı ilə artıq müqaviləmiz var, bu günlərdə isə qiymətli kağızlar üzrə komitələrimiz arasında imzalanmış sənəddən sonra sərmayə qoya bilərik.

Qeyd edək ki, bu həftə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi kommunikasiya üçün imkanlar da daxil olmaqla, əməkdaşlıq üçün çərçivəni, qarşılıqlı anlaşma, həmçinin tənzimləyici və texniki məlumat mübadiləsini gücləndirməklə, investorların müdafiəsini və qiymətli kağızlar, fyuçers və digər müvafiq investisiya alətləri bazarlarının bütövlüyünü təşviq etməkdən ibarətdir.

Ş.Mövsümov qeyd edib ki, ARDNF Yaponiyada daşınmaz əmlaka sərmayə qoymağı planlaşdırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri