İyn
2015
18:45
6
85
1263
Virtual karabakh

SOCAR dizel yanacağı ixracını azaltdı

2 İyn, 2015
18:45
1263

SOCAR dizel yanacağı ixracını azaltdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət may ayının göstəricilərini açıqladı.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin may ayında dizel və təyyarə yanacağı ixracını azaldıb.

Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.

Belə ki, şirkətin məlumatına görə,  2015-ci ilin may ayında 93 min 491 ton dizel yanacağı və 15 min 863 ton təyyarə yanacağı ixrac edilib. Aprel ayında isə SOCAR 102 min 531 ton dizel yanacağı və 23 min 834 ton təyyarə yanacağı ixrac etmişdi.

Bundan başqa şirkət ötən ay üçün neft məhsullarının qiymətini də qaldırıb:

2015-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-669,34 dollar, təyyarə yanacağının-596,71 dollar, dizel yanacağının-593,68 dollar, 1% kükürdlü mazutun qiyməti 346,79 dollar təşkil edib.

Məlumat üçün bildirək ki, 2015-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti 326,50 dollar təşkil edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri