İyn
2015
09:42
52
27
1608
Virtual karabakh

Natiq Əliyev: Neft hasilatını sabit saxlamaq niyyətindəyik

3 İyn, 2015
09:42
1608

Natiq Əliyev: Neft hasilatını sabit saxlamaq niyyətindəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Avropa üçün əhəmiyyətli olacaq”.

2035-ci ildə Avropa enerji resurslarının idxalını artıracaq.

Oxu.Az xəbər verir ki, bu sözləri “Xəzər Neft və Qaz” konfransında energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Avropa bu gün enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı çox narahatdır:

“Avropada bu gün  siyasi proseslər baş verir. Bu ölkələrdə enerji resurslarının istehsalı ildən-ilə azalır”, - deyə, o qeyd edib.

Nazir həmçinin bildirib ki, Avropanın hazırda əsas problemi Rusiya qazından asılılığı azaltmaqdır.

“Düşünürəm ki, Azərbaycan buna görə Avropa üçün əhəmiyyətli olacaq”, - Natiq Əliyev vurğulayıb. 

O qeyd edib ki, hazırda Azərbaycanda 42 milyon ton neft, 29 milyard kubmetr qaz hasil edilib.

“Qaz istehsalını 2 dəfə artırmaq, neft hasilatını isə hələlik sabit saxlamaq niyyətindəyik”, - deyə nazir qeyd edib.

Nazir ABŞ-ın bu konfransa qatılmaması məsələsinə də aydınlıq gətirib:

“ABŞ bu konfransda olmaya bilər, amma ABŞ həmişə Azərbaycanda keçirilən bütün layihələrə dəstək verir”, - Natiq Əliyev deyib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri