19 
İyn
2015
18:20
72
10
1683
Virtual karabakh

Səfir: TAP-ın tikintisinə 2016-cı ildə başlanılacaq

19 İyn, 2015
18:20
1683

Səfir: TAP-ın tikintisinə 2016-cı ildə başlanılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtaliya Azərbaycanın əsas ticarət partnyorudur”.

2011-ci ildə Azərbaycana İtaliya ixracı 200 milyon avrodan (təxmini 238 milyon manat) az olduğu halda 2014-cü ildə bu rəqəm 600 milyon avroya yüksəlib. Bütün bu faktlar münasibətlərimizin inkişafından xəbər verir. 

Oxu.Az xəbər verir ki, bu barədə  "Caspian Energy jurnalına" müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilo bildirib. 

"Əlbəttə, gələcək inkişaf üçün bizim potensialımız var. Buna görə də əvvəlki kimi yenə də hazırkı göstəriciləri qənaətbəxş hesab etmirik. Biz bundan da yüksək nəticələr əldə edə bilərik. Son üç-dörd il ərzində Azərbaycana İtaliya ixracatında əhəmiyyətli dərəcədə artım müşahidə olunub”-deyə, səfir əlavə edib. 

O, həmçinin qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət partnyorudur:

"Azərbaycan 2014-cü ildən İtaliyaya ilk neft tədarükçüsüdür. Bildiyiniz kimi, İtaliya “Cənub qaz dəhlizi” layihəsində partnyor qismində çıxış edir.

Biz də öz növbəmizdə Azərbaycan da daxil olmaqla bütün partnyorlarımızla 2016-cı ildə Transadriatik qaz kəmərinin (TAP) tikintisinə başlamaq öhdəçiliyini öz üzərimizə götürdük".

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri