İyl
2015
15:00
37
18
1695
Virtual karabakh

SOCAR iyunda Novorossiysk limanından neft nəqlini dayandırdı

3 İyl, 2015
15:00
1695

SOCAR iyunda Novorossiysk limanından neft nəqlini dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət məlumat yaydı.

Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin iyun ayında Supsa limanından 339 min 20 ton, Ceyhan limanından 1 milyon 925 min 699 ton xam neft ixrac edib.

Oxu.Az-a SOCAR-dan verilən məlumata görə, 2015-ci ilin iyun ayında SOCAR Novorossiysk limanından neft yola salmayıb. Halbuki, 2015-ci ilin birinci yarısında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 678,046 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33,4% çoxdur.

SOCAR qeyd edir ki, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 678 min 46 ton, Supsa limanından 1 milyon 524 min 900 ton, Ceyhan limanından isə 9 milyon 203 min 947 ton xam neft ixrac edilib. 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Bundan əlavə bildirək ki, 2015-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 597 min 725 ton Azərbaycan nefti nəql olunub. 

Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 544 min 284 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər BTC-yə 278 milyon 369 min 216 ton neft vurulub. 

Bundan başqa, 2015-ci ilin iyun ayında BTC kəməri ilə nəql olunan Qazaxıstan və Türkmənistan neftinin həcmi azalıb.

Belə ki, iyunda BTC kəməri ilə 343 min 394 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub. 2015-ci ilin may ayında isə kəmər vasitəsilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunmuşdu. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri