İyl
2015
17:14
11
54
2844
Virtual karabakh

“ADY”də kollegiya iclası – FOTO

3 İyl, 2015
17:14
2844

“ADY”də kollegiya iclası – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşdən çıxarılanlar var.

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində geniş kollegiya iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Oxu.Az-a verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov deyib ki, hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunmaqdadır. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub.

C. Qurbanov bildirib ki, bir çox problemlər də mövcuddur, bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb.

Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri