İyl
2015
16:45
84
74
12857
Virtual karabakh

Bakıda BMW satılacaq

4 İyl, 2015
16:45
12857

Bakıda BMW satılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmi 6103 manata.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 28-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, qeyd olunan tarixdə keçiriləcək hərraca ümumilikdə 19 avtomobil çıxarılacaq. 

Hərracda iki ədəd 2004-cü il istehsalı olan VAZ-21213, 1343 manata, 2004-cü il istehsalı olan VAZ-21074, 1280 manata auksiona çıxarılacaq. 

Bundan əlavə, qeyd edək ki, 6 ədəd müxtəlif markalı QAZ markalı avtomobildə hərracda yer alacaq. 

2001, 2005-ci il istehsalı olan Tofaş Şahin müvafiq olaraq 1461, 2036 manata(start qiyməti) alıcılara təklif olunacaq. 

2003-cü il istehsalı olan iki ədəd Nissan Maxima 3300, 3228 manata hərraca çıxarılacaq. 

Onu da əlavə edək ki, hərracda 2 ədəd 2006-ci il istehsal olan BMW 320i markalı avtomobil də satışa çıxarılacaq. 

"Qiyməti isə cəmi 6103 manatdır".

Auksionda ən köhnə avtomobil isə  1987-ci il istehsalı olan URAL 43202 ş-də KS-25732 -dir. 

Xatırladaq ki, 2004-cü il istehsalı olan VAZ-21074 isə 1294 manata təkrar hərraca çıxarılacaq. 

Məlumat üçün bildirək ki,  hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri