İyl
2015
12:02
11
102
2654
Virtual karabakh

Azərbaycanda kredit sığortası problemi - VİDEO

5 İyl, 2015
12:02
2654

Azərbaycanda kredit sığortası problemi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu məsələdə banklar maraqlı olsa da, sığorta şirkətləri boyun qaçırır.

Azərbaycanda problemli kreditlərin həcmi 1,2 milyard manatı ötüb. Bu göstərici kredit sığortasını aktuallaşdırır. Ancaq sığorta şirkətləri kreditləri sığortalamaqda maraqlı deyillər. Bunun bir sıra səbəbləri var. 

Oxu.Az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, Kredit sığortası - kredit götürən şəxsin banka borcunu ödəyə bilmədiyi təqdirdə həmin vəsaitin sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Azərbaycanda bu sığorta ödənişi kredit götürənlərin vəfatı və əmək qabiliyyətinin itirilməsi hallarında həyata keçirilir. Xarici təcrübədə isə kredit sığortasının əhatə dairəsi daha genişdir.

Sığorta hadisəsi siyahısında borcun ödənilməsini çətinləşdirən səbəbləri genişləndirməklə problemli kreditlərin həcmini azaltmaq olar. Bu məsələdə banklar maraqlı olsa da, sığorta şirkətləri boyun qaçırır. Digər tərəfdən müştərilər tərəfindən də sui-istifadə halları sığorta şirkətlərini kredit sığortasından uzaqlaşdırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri