İyl
2015
15:05
43
53
2981
Virtual karabakh

Nazirlik daha bir neçə otelə lisenziya verdi

5 İyl, 2015
15:05
2981

Nazirlik daha bir neçə otelə lisenziya verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyi məlumat yaydı.

Mədəniyyət və Turizm Nazirliyi iyun ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib. 

Nazirlikdən Oxu.Az-a daxil olan məlumata görə, bunlar “Afra LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Afra Hotel” (Oğuz), “Sərbəst Çoxsahəli Yenilik” kiçik müəssisəsinə məxsus “Yenilik” (Abşeron), “Maestro Otel” MMC-yə məxsus “Maestro Otel” (Bakı), "Çıraq-M" MMC-yə məxsus “Ramada Plaza” (Gəncə), “Yüksəl” firmasına məxsus “Şah Palace” (Bakı) mehmanxanalarıdır. 

Həmçinin fiziki şəxslərə məxsus “Bata-Bat Nabran2 (Xaçmaz) və “Sakit Göl” (Şamaxı) istirahət mərkəzlərinə, “Yeni Motel” (Kürdəmir) mehmanxana tipli obyektə, “Titanik” (Bakı), “Şəki Palace” (Şəki), “Ulduz2 (Xaçmaz) mehmanxanalarına da liseniziya verilib.

Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 335-ə çatıb.
 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri