İyl
2015
14:42
13
44
1516
Virtual karabakh

Yunanıstandakı böhran TAP-ın reallaşmasına təsir edə bilərmi?

6 İyl, 2015
14:42
1516

Yunanıstandakı böhran TAP-ın reallaşmasına təsir edə bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İtaliya isə özünün enerji asılılığını yumşaltmaqda maraqlı görünür”.

İyulun 5-də Yunanıstanda hökumətin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirilib. 

Oxu.Az xəbər verir ki, Yunanıstan DİN-in açıqlamasına görə, 100% seçki məntəqələrində bülletenlərin hesablanmasının nəticələrinə əsasən, 61,31% seçici kreditorların tələblərinə “yox”, 38,69% seçici isə “hə” deyib. 5,8% bülleten etibarsız sayılıb. 

Sual yaranır? Yunanıstanda dünən keçirilən referendumun nəticələri ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edə bilərmi?

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Yunanıstanda baş verən böhran ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir.

“Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asılılığını yumşaltmaqda maraqlı görünür” - deyə, V.Bayramov əlavə edib. 

Xatırladaq ki, Yunanıstan hökuməti vətəndaşlara bu ilin mayın 25-də Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF-nin təqdim etdiyi saziş layihəsinin qəbul edilməsinə “yox” və ya “hə” cavabı verməyi təklif etmişdi.

Referendumdan dərhal sonra Yunanıstanın baş naziri Aleksis Tsipras xalqına müraciət edərək bildirmişdi ki, yunanlar cəsur bir seçim etdilər:

“Biz milli birliyimizi göz bəbəyimiz kimi qorumalıyıq” - deyə, o əlavə etmişdi. 

Qeyd edək ki, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilo “Caspian Energy” jurnalına müsahibəsində TAP-ın tikintisinə 2016-cı ildən başlanılacağını bildirmişdi. 

Ülviyyə R. Əli
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri