İyl
2015
17:30
33
61
1983
Virtual karabakh

Paytaxtın mərkəzi prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir – FOTO

6 İyl, 2015
17:30
1983

Paytaxtın mərkəzi prospektində yerüstü piyada keçidlərinin üzlükləri yenilənir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəryolservis” ASC məlumat yaydı.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. 

Oxu.Az-a ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu işlər çərçivəsində Heydər Əliyev prospektində, daha dəqiqi “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işlərinə aparılır.

Qeyd edək ki, bu gündən etibarən  sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.

Qurum bildirir ki, işlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri