İyl
2015
19:34
15
186
6593
Virtual karabakh

Azərbaycandan Ermənistana mal ixrac edilir? - RƏSMİ MÜNASİBƏT

6 İyl, 2015
19:34
6593

Azərbaycandan Ermənistana mal ixrac edilir? - RƏSMİ MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DGK məlumat yayıb.

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan Ermənistana mal ixracına dair məlumatlarla bağlı açıqlama yayıb.
 
DGK-nın mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, açıqlamada bildiri ki, son günlər bəzi yerli KİV-də Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt yer alıb.
 
“Orada göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir”, - deyə DGK-nın mətbuat xidmətinin açıqlamasında bildirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri