İyl
2015
22:46
14
111
14291
Virtual karabakh

Bu marketlər müştəriləri aldadır - SIYAHI

6 İyl, 2015
22:46
14291

Bu marketlər müştəriləri aldadır - SIYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlakçıların nəzərinə!

İstehlaka yararsız məhsullar məhv edilib.

Oxu.Az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı aşağıda adı olan yerlərdə saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Bakının Binəqədi rayonunda

- M.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, 5 ünvanında Şəkərəli Şəkərova məxsus mağazada;

Sabunçu rayonunda

- Zabrat qəsəbəsində Ruslan Quliyevə məxsus mağazada;
- Natəvan küçəsi, 37 ünvanında Gülarə Abbasovaya məxsus mağazada;

Nizami rayonunda

- Rüstəm Rüstəmov küçəsi, 50 a ünvanında Ağalar Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- Dairəvi küçəsi, 9/25 ünvanında Fərhad Cəfərova məxsus mağazada;
- 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 5A/15 ünvanında Əminə Məhmədovaya məxsus mağazada;
- Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində Lazım Mehdiyevə məxsus mağazada;
- M.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 189 ünvanında Bağdagül Paşayevaya məxsus mağazada;

Sumqayıt şəhərində

- Dənizkənarı sahədə Vahid Cavadova məxsus “Xanəgah” restoranında;
- 18-ci mikrorayon, 25-in yanında Canbala Bəşirova məxsus mağazada;

Sabirabad şəhərində

- H.Əliyev prospektində Əli Ağaşirinova məxsus mağazada;

Zərdab şəhərində

- Azərbaycan küçəsi, 22 ünvanında Seyran Abbasovaya məxsus mağazada;

Xaçmaz rayonunda

- Nabran kəndində Vüqar Rəhimliyə məxsus ictimai iaşə obyektində normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Sabunçu rayonunda

- Ə.Bağırov küçəsi, 15B ünvanında Malik İsmayılova məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində Telli Abdullayevaya məxsus mağazada;
- Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində Sehliman Mürşüdova məxsus mağazada;

Nizami rayonunda

- R.Rüstəmov küçəsi, 62 ünvanında Sənəm Orucovaya məxsus mağazada;

Gədəbəy rayonunda

- Miskinli kəndində Şahnaz Abdullayevaya məxsus mağazada;

Kürdəmir şəhərində

- M.Ə.Sabir küşəsində Natiq Mütəllimova məxsus mağazada;

Siyəzən şəhərində

- Heydər Əliyev prospektində Qalib Xalıqova məxsus mağazada;

Göygöl rayonunda

- Aşıqlı kəndində Ramin Əliyevə məxsus mağazada;

Sabirabad şəhərində

- İ.İsgəndərov küşəsində Elşən Abdullayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri