10 
İyl
2015
13:30
77
33
2445
Virtual karabakh

“Milan Expo”: Azərbaycan innovasiyalar ölkəsidir – FOTO

10 İyl, 2015
13:30
2445

“Milan Expo”: Azərbaycan innovasiyalar ölkəsidir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkənin zəngin qədim ənənələri var”.

Oxu.Az “Milan Expo 2015” dünya sərgisinin jurnalında dərc edilmiş məqaləni təqdim edir.  

Qafqazın ən iri dövlətlərindən biri kimi Azərbaycan zəngin qədim ənənələrə malikdir.

Ölkə bu gün üçün əsas iqtisadi resurs olan kənd təsərrüfatı məhsullarını uğurla saxlayır.

Əsrlər boyu Azərbaycan Avropa və Asiya arasında körpü hesab edilib. Bu gün ölkənin siyasəti ardıcıl inkişafa, biomüxtəliflik və gələcək nəslin sağlamlığına istiqamətlənib. Ölkə 1991-ci ildən SSRİ-dən ayrılaraq müstəqillik əldə edib və indi Asiya ölkəsi hesab olunur, baxmayaraq ki, Avropa Şurasının üzvüdür. Ölkə əsasən dağlıqdır, eləcə də təbii resurslarının zənginliyi onu dünyada biomüxtəlifliyin unikal xəzinəsinə çevirir: burada 11 iqlimdən 9-u və 4 000-dən çox bitki mövcuddur. Zəngin tarixə, mədəniyyətə və ənənələrə sahib olan Azərbaycan, müasir paytaxtı Bakının, Zado Hadid tərəfindən işlənilmiş mədəniyyət mərkəzinin dizaynı sayəsində innovasiyalar ölkəsi hesab edilir.

Lavaş: UNESCO-nun dünya mədəni irsi siyahısına salınmış ərzaqdır.

Azərbaycan mətbəxi Türkiyə və Mərkəzi Asiya mətbəxlərindən götürülmüş yeməklərlə zəngindir. “Qarabağ qoyunu” biomüxtəliflik planında dəyərli olduğu üçün slou-fud fondu tərəfindən qorunan ərzaqdır. Un məmulatı olan lavaş hazırlanma prosedurunun mürəkkəbliyi ucbatından UNESCO-nun regionun (Türkiyə, İran, Qazaxıstan və Ermənistan) ənənəvi çörəyi kimi mədəni irs siyahısına düşüb. Plov müxtəlif variantlarda hazırlanan milli yeməkdir, onu ət və tərəvəzlərlə qarnir kimi hazırlayırlar. Ölkənin kulinariya ənənələrinə, eləcə də təzə və ya dondurulmuş Xəzər dənizi balıqlarından hazırlanan yeməklər, eləcə də nərə və kürü də daxildir.

Ölkə “Milan Expo 2015” sərgisində “Orqanik yeməklərin və biomüxtəlifliyin gələcək nəsillər üçün qorunması” mövzusu ilə çıxış edir. Yıxılan ağacın konturlarını əks etdirən Pavilyonun formasını üç şüşəli biosfera tamamlayır. Pavilyonun interyeri Azərbaycan mədəniyyətini, bəşəriyyəti kənd təssərrüfatı ilə əlaqələndirən təcrübəni əks etdirir.  

Sərgi bitdikdən sonra, struktur Bakıya gətiriləcək və maarifləndirmə məqsədi ilə parkda quraşdırılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri