27 
Mar
2024
23:11
10
159
942
Virtual karabakh

Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edəcəkmi? - ARAŞDIRMA + VİDEO

27 Mar, 2024
23:11
942

Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edəcəkmi? - ARAŞDIRMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri 44 faiz artıb. Bu artım isə Şərq ölkələrindən Avropaya gələn məhsulların bahalaşmasında özünü göstərir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan da eyni zamanda Çin və digər şərq ölkələrindən məhsullar idxal edir. Təkcə Çinin Azərbaycanla ticarət dövriyyəsi bir milyard dollardan çoxdur. Xüsusilə bu ölkədən avtomobil, mebel, toxuculuq və plastik mallar daha çox idxal edilir. Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edə bilərmi?

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tranzit marşrutları artıq dəyişib:

“Azərbaycan burada əsas marşrutların üzərində yerləşir. Bu isə Azərbaycanın tranzit ölkə olaraq  iqtisadi baxımdan strateji əhəmiyyətini birmənalı olaraq artıracaq”.

Qeyd edək ki, yeni Şimal-Cənub dəhlizi Azərbaycandan keçməklə yüklərin çatdırılma müddətini bir ay azaldır.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri