29 
Mar
2024
14:44
245
11
1298
Virtual karabakh

Deputatdan TƏKLİF: İpoteka kreditləri üzrə şərtlər yüngülləşdirilsin

29 Mar, 2024
14:44
1298

Deputatdan TƏKLİF: İpoteka kreditləri üzrə şərtlər yüngülləşdirilsin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir”.

“Report”un məlumatına görə, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında “İpoteka haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

“Dövlət, dövlət başçısı istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın. Əfsuslar olsun ki, ipoteka kreditlərindən dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər. Digər şəxslərin ipoteka kreditlərindən bəhrələnməsi çətindir. Götürək bənna, zərgər, bərbər, çilingər və digər sahələr üzrə çalışanları - heç biri ipoteka götürə bilmir. Halbuki bunlar hamısı vergi ödəyicisidir”, - S.Novruzov qeyd edib.

Deputatın fikrincə, cəmi 3 nəfər (bu il - red) jurnalist ipoteka krediti ala bilib:

“Ölkədə nə qədər sayt, sayt rəhbəri var. Qeydiyyatdan keçmiş, əməkhaqqısı yüksək olan jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. Jurnalist var 20 ildir eyni saytda işləyir, lakin bu günə qədər ipoteka krediti ala bilmir”.

O hesab edir ki, bundan əlavə kənd yerlərində yaşayanlara verilən ipoteka ilə şəhərdə yaşayanlara verilən ipoteka krediti arasında fərq olmalıdır:

“Gənc ailə, gənc müəllim kənddən ev alıb yaşaya bilməlidir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri