29 
Mar
2024
19:02
51
93
1320
Virtual karabakh

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - YENİLƏNİB + FOTO

29 Mar, 2024
19:02
1320

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.

Alessandra Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlif sektorlar üzrə inkişaf tədbirlərini nəzərdə tutan layihələrin, həmçinin, DİM-lərə investisiyaların cəlb olunmasının əhəmiyyətini qeyd edib, COP29-la bağlı dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, işğaldan azad olunmuş ərazilərə qayıdış, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub.

15:28

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

Bu barədə o, özünün “X” hesabında paylaşım edib.

Nazir görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdiklərini deyib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri