16 
Apr
2024
09:30
48
72
1149
yuxarı
Azərbaycan nefti ucuzlaşıb
16 Apr, 2024
09:30
1149
48
72
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,67 ABŞ dolları, yaxud 2,8% ucuzlaşaraq 92,06 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.