16 
Apr
2024
19:36
69
21
691
Virtual karabakh

IMF-dən Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ

16 Apr, 2024
19:36
691

IMF-dən Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 2,8% səviyyəsində proqnozlaşdırır.

Bu barədə məlumat “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb

Ötən ilin oktyabrında IMF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5% proqnozlaşdırırdı.

Bununla belə, Valyuta Fondunun IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqladığı hesabata görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3%, 2029-2032-ci illərdə isə illik 2,4%-dən yuxarı olacağı proqnozlaşdırılıb.

IMF yeni hesabatında Azərbaycanın ÜDM artımını 2025-ci ildə 2,3%, 2029-cu ildə isə 2,4% səviyyəsində proqnozlaşdırır.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.

2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1% təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri