18 
Apr
2024
18:00
60
29
918
Virtual karabakh

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

18 Apr, 2024
18:00
918

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün təşəbbüslərin artdığı vurğulanıb, Azərbaycanda inklüziv işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, avstriyalı sərmayədarlar fəal işbirliyinə dəvət olunublar.

Tərəflər potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.

Avstriyanın “Grabher Group” şirkəti texniki tekstil sektorunda yüksəktexnologiyalı məhsullar üzrə ixtisaslaşmış bir neçə törəmə şirkətdən ibarətdir. Şirkət tibb və gigiyena, hava və maye filtrləmə, ağıllı tekstillər, nanotexnologiyalar və yüngül kompozit materiallar üzrə xüsusi həllər təklif edir.

17:06

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt ilə görüşüb.

Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, Avstriyanın “Grabher Group GmbH” şirkətinin təsisçisi və baş icraçı direktoru Günter Qraber ilə görüşdə ölkəmizin inklüziv biznes mühiti, potensial əməkdaşlıq sahələri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri