30 
İyl
2015
12:18
65
11
2000
Virtual karabakh

Komitə GMO tərkibli məhsullarla əlaqədar reyd keçirdi

30 İyl, 2015
12:18
2000

Komitə GMO tərkibli məhsullarla əlaqədar reyd keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəticələr açıqlandı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi genetik modifikasiya olunmuş (GMO) məhsullarla əlaqədar bazarlarda reyd keçirib. 

Oxu.Az-a komitədən verilən məlumata görə, bu məqsədlə 20 adda məhsuldan nümunə götürülüb. 

Komitə qeyd edib ki, bu nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflilli südlü şokolad məhsullarıdır.

Artıq 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülmüş nümunələrin sınaqları başa çatıb.

“Sınaq nəticələrinə əsasən adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir. Sınaq nəticələri davamlı olaraq ictimaiyyətə açıqlanacaq” -deyə, komitə qeyd edib. 

Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri